Yaponların əzmkarlığı Almaniyanı “diz çökdürdü” - VİDEO

23 Noyabr 2022 19:10 Dünya çempionatı 550
Yaponların əzmkarlığı Almaniyanı “diz çökdürdü” - VİDEO

Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk oyununda sensasiya qeydə alınıb.

Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. "Mançester Siti"də çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib.

İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb.

75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.

Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular