"Yox, nə danışırsız? Atamın belə bir imkanı yox idi"

23 Noyabr 2022 12:00 Dünya çempionatı 744
"Yox, nə danışırsız? Atamın belə bir imkanı yox idi"

ABŞ millisinin forvardı Timoti Veah DÇ-2022-nin qrup mərhələsində Uelslə matçda (1:1) vurduğu qolu şərh edib.

Sportinfo.az xəbər verir ki, gənc hücumçu atasının dünya çempionatında oynaya bilməməsi məsələsinə toxunub:

"Atamla necə qol vuracağımı müzakirə etmişəm? Yox, nə danışırsız? Vacib olan komandaya kömək etmək və qələbələr qazanmaqdır.

Şəxsi göstəricilər o qədər də vacib deyil. Atamın dünya çempionatında oynamaq imkanı yox idi. Ancaq mən indi bu hissi yaşayıram”.

Timotinin atası Corc Veah "Monako", "Milan", PSJ, "Çelsi", "Mançester Siti", "Marsel" klubları ilə yanaşı, Liberiya yığmasının şərəfini qoruyub. O, hazırda Liberiyanın prezidentidir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...