Ardıcıl 3 DÇ-da penaltini qaçıran ilk komanda - VİDEO

23 Noyabr 2022 00:30 Dünya çempionatı 654
Ardıcıl 3 DÇ-da penaltini qaçıran ilk komanda - VİDEO

DÇ-2022-nin C qrupunda mübarizəyə start verilib.

Sportinfo.az xəbər verir ki, Polşa yığma komandası Meksika ilə qarşılaşıb.

Matç qolsuz bərabərliklə yekunlaşıb. Polşa yığması 3 ardıcıl dünya çempionatında penaltidən yararlana bilməyən ilk komanda kimi tarixə düşüb.

Avropa təmsilçisi antirekorda Qətərdə keçirilən mundialda Meksika ilə qolsuz heç-heçə etdikləri C qrupunun I tur matçında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməməklə imza atıb.

58-ci dəqiqədə polşalıların kapitanı Robert Levandovskinin zərbəsini rəqib qapıçı Gilyermo Oçoa dəf edib.

Bunadək isə 1978-ci ildəki dünya çempionatında Kazimej Deyna və 2002-ci ildəki mundialda Matsey Juravski eyni aqibəti yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!