DÇ-2022-də ən çox qol vuracaq komanda açıqlandı

23 Noyabr 2022 03:10 Dünya çempionatı 726
DÇ-2022-də ən çox qol vuracaq komanda açıqlandı

Bukmeker kontorları Qətərdə keçirilən dünya çempionatında iştirakçıların ən məhsuldar komanda olmaq şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, hazırda buna ən yaxın hesab olunan yığma İngiltərədir.

Bu da onların qrup mərhələsinin ilk oyununda İranın qapısından 6 top keçirməsindən (6:2) qaynaqlanır. Qaret Sautqeytin yetirmələrinin DÇ-2022-də ən çox fərqlənən komanda olmaq ehtimalı 26 faizlə göstərilib.

İkinci pillədə Braziliya yığmasıdır. Onu Fransa və Argentina izləyir. Sıralamanın növbəti yerlərində müvafiq olaraq İspaniya, Almaniya, Niderland və Belçika qərarlaşıb.

Ən aşağı şansa malik yığmalar Avstraliya, İran, Qətər və Kosta-Rikadır

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!