İran buna görə DÇ tarixinə düşdü - 6 əvəzetmə edən ilk komanda

22 Noyabr 2022 21:40 Dünya çempionatı 847
İran buna görə DÇ tarixinə düşdü - 6 əvəzetmə edən ilk komanda

İran millisi dünya çempionatlarının final mərhələsində 6 əvəzetmə edən ilk komanda kimi tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin ilk görüşündə İngiltərəyə uduzan asiyalılar 77-ci dəqiqədə Əhməd Nurullahi – Sərdar Azmun əvəzetməsi ilə buna nail olub.

İndiyə qədər heç zaman DÇ-nin qrup mərhələlərində 6 əvəzetməli matç olmayıb.

6-cı əvəzetməyə icazə verilməsinə səbəb isə İran yığmasının qapıçısı Əlirza Beyrənvandın matçın 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!