Ərəblər isti Qətərdə Messi və dostlarını “soyuq duş”a “qonaq etdi” - VİDEO

22 Noyabr 2022 17:10 Dünya çempionatı 757
Ərəblər isti Qətərdə Messi və dostlarını “soyuq duş”a “qonaq etdi” - VİDEO

Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar.

10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib.

Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!