5 "yağlı" komanda - Ronaldo DÇ-dəki favoritlərini açıqladı

22 Noyabr 2022 15:40 Dünya çempionatı 802
5 "yağlı" komanda - Ronaldo DÇ-dəki favoritlərini açıqladı

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Qətərdə keçirilən dünya çempionatı üçün favoritlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hücumçu öz yığmasını çempionluğa əsas namizədlər siyahısında görməyib:

“Əsas favoritlər Braziliya, Argentina, Fransa, İspaniya, Almaniyadır. Bizim təcrübəli və gənclərdən ibarət yaxşı komandamız var.

Hazırki vəziyyətdə isə yalnız qarşıdakı Qana ilə oyunu düşünürük”.

Digər Xəbərlər
Xəbər Lenti