DÇ-də qol vuran ölkə prezidentinin oğlu kimdir?

22 Noyabr 2022 03:10 Dünya çempionatı 1 755
DÇ-də qol vuran ölkə prezidentinin oğlu kimdir?

ABŞ millisinin futbolçusu Timoti Vea dünya çempionatında qol vurmaqla tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, o, bir ölkə prezidentinin oğlu olaraq mundiallarda fərqlənməklə adını tarixə yazdırıb.

Belə ki, əslən Liberiyadan olan Timoti Vea bu ölkənin prezidenti Corc Veanın oğludur.

Onun atası da məşhur oyunçu olub. Corc Vea “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” kimi klublarda çıxış edib.

Lakin Corc Vea Liberiya millisində oynadığından heç zaman mundiallarda meydana çıxmayıb. Oğlu Timoti isə ABŞ millisini seçib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!