DÇ-2022: İngiltərə İranı biabırçı hesabla uddu - VİDEO

21 Noyabr 2022 19:30 Dünya çempionatı 815
DÇ-2022: İngiltərə İranı biabırçı hesabla uddu - VİDEO

Qətərdə keçirilən dünya çempionatının B qrupunda ilk tura start verilib.

Sportinfo.az xəbər verir ki, ngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb.

"Xəlifə" stadionunda keçirilən görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2

Hesabı 35-ci dəqiqədə Cud Bellingem açıb. 43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub.

65-ci dəqiqədə İran millisindən Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxıb. 71-ci dəqiqədə Markus Reşford rəqibi 5-ci dəfə məyus edib.

90-cı dəqiqədə Cek Qriliş hesab arasındakı fərqi artırıb - 6:1. Son nöqtəni isə 90+13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Taremi qoyub.

İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!