"Maraqsız olacaq" - DÇ-2022-də azarkeşlik edəcəyi komanda - Buffonun

20 Noyabr 2022 18:40 Dünya çempionatı 675
"Maraqsız olacaq" - DÇ-2022-də azarkeşlik edəcəyi komanda - Buffonun

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon DÇ-2022-də hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Parma”nın qapıçısı Afrika komandaları tarixində ilk dəfə 1/4 final oynamağı bacaran Kamerun millisi barədə danışıb:

“İtaliyasız turnir maraqsız olacaq. Bu halda kimə azarkeşlik edəcəm? Bu, Kamerun millisidir. Onlara rəğbət bəsləyirəm”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!