Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.
Sportinfo.az xəbər verir ki, bu dəfə mundiallarda ən çox başla qol vuran oyunçuların adları açıqlanıb.
Siyahıya Almaniya yığmasının keçmiş qoleadoru Miroslav Kloze başçılıq edir. Polşa əsilli hücumçu iştirak etdiyi 3 mundialda 7 dəfə rəqib qapıçıları başla vurduğu qollarla məyus edib.
Maraqlıdır ki, Kloze bu qollardan 5-ni DÇ-2002-də vurub. O, həmin mundialın Səudiyyə Ərəbistanı ilə matçında başla het-trik edibsə, İrlandiya və Kamerunun hərəsini bir dəfə mərkəzdən başlamağa dəvət edib.
Kloze 2006-cı il dünya çempionatında Argentina, 2010-cu ildə isə Avstraliyanı eyni üsulla cəzalandırıb.
Ən çox başla qol vuran oyunçuların siyahısında ikinci pillədə Klozenin həmyerlisi Gerd Müller qərarlaşıb. O, 5 dəfə qol vurmaq üçün başından istifadə edib.
Sözügedən sıralamada 3-7-ci pillərdə hərəsi dörd dəfə başla fərqlənməklə 5 futbolçu yer alıb.
|
Futbolçu |
Ölkəsi |
Qollar |
Mundiallar |
|
|
1 |
Miroslav Kloze |
Almaniya |
7 |
2002 (5), 2006 (1), 2010 (1) |
|
2 |
Gerd Müller |
Almaniya |
5 |
1970 (4), 1974 (1) |
|
3 |
Oldrix Nejedli |
Çexoslovakiya |
4 |
1934 (3), 1938 (1) |
|
Sandor Kocsis |
Macarıstan |
4 |
1954 (4) |
|
|
Andrjey Şarmax |
Polşa |
4 |
1974 (3), 1978 (1) |
|
|
Tomaş Şkuravi |
Çexoslovakiya |
4 |
1990 (4) |
|
|
Yürgen Klinsmann |
Almaniya |
4 |
1990 (2), 1994 (1), 1998 (1) |

