"Mən bunda problem görmürəm - Özümüzə isə baxıb deməliyik ki..."

17 Noyabr 2022 12:20 Dünya çempionatı 573
"Mən bunda problem görmürəm - Özümüzə isə baxıb deməliyik ki..."

Niderland millisinin baş məşqçisi Lui van Qal millinin azarkeşlərinin Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatını boykot qərarı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, AFP-ə müsahibəsində 71 yaşlı mütəxəssis fanatların qərarına haqq qazandırıb:

“Düşünürəm ki, Qətərdəki dünya çempionatını boykot edən azarkeşlər haqlıdırlar. Onlar qərarlarının doğruluğuna inanırlar. Mən bunda problem görmürəm.

Ümid edirəm ki, biz möcüzəvi oyun sərgiləyərək finala çıxacağıq. Onlar isə televizorda matçlarımızı seyr etməklə nə qədər gözəl oynadığımıza şahid olacaqlar.

Biz belə yarışları futbol ölkələrində oynamalıyıq. Çünki onların bu cür böyük turnirlərin keçirilməsində daha çox təcrübəsi var.

Amma unutmayaq ki, Qətərin tamam başqa mədəniyyəti movcuddur.

Özümüzə isə baxıb deməliyik ki, doğrudanmı bizdə evdə hər şey həqiqətən yaxşıdır? Hələlik mənim Qətərdəki dünya çempionatının təşkilatçılığına dair sualım yoxdur”.

Niderland millisi DÇ-2022-nin A qrupunda Qətər, Ekvador və Seneqala qarşı mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!