DÇ-2022-dən kənarda qalan “11-lik” – Hamısının bir dərdi var

14 Noyabr 2022 03:00 Dünya çempionatı 1 294
DÇ-2022-dən kənarda qalan “11-lik” – Hamısının bir dərdi var

Qətərdə keçiriləcək dünya çempionatını zədə səbəbindən buraxacaq futbolçulardan ibarət “11-lik” açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda müxtəlif millilərin üzvləri yer alıb.

4-3-3 sxeminə uyğun qurulan rəmzi komandaya Braziliya və Fransa yığmasından kənarda qalan 2 oyunçu düşüb.

Qapıçı: Maksim Krepo (Kanada);
Müdafiəçilər: Serxi Roberto (İspaniya), Dieqo Karlos (Braziliya), Ronald Arauxo (Uruqvay), Ben Kiluell (İngiltərə);
Yarımmüdafiəçilər: Corcinyo Veynaldum (Niderland), Nqolo Kante, Pol Poqba (hər ikisi Fransa);
Hücumçular: Filipp Koutinyo (Braziliya), Timo Verner (Almaniya), Dioqo Jota (Portuqaliya).

Adları sadalananlarla yanaşı, Yuta Nakayama (Yaponiya), Joao Roxas (Ekvador), Tarik Tissudali (Mərakeş) və Mauro Arambarri (Uruqvay) də zədə ucbatından mundiala yollanmayacaq.

Həmçinin Riis Ceyms (İngiltərə), Xesus Korona (Meksika), Covanni Lo Selso (Argentina), Dieqo Qodin (Uruqvay), Mikel Oyarzabal (İspaniya), Sadio Mane (Seneqal) kimi oyunçuların da durumu qeyri-müəyyəndir.

Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!