DÇ-2022 üçün Qətərə gedən ilk komanda onlar oldu

12 Noyabr 2022 00:00 Dünya çempionatı 726
DÇ-2022 üçün Qətərə gedən ilk komanda onlar oldu

Bu ay Qətərdə dünya çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, ərəb ölkəsinə yollanan ilk komandanın adına aydınlıq gəlib.

Belə ki, ABŞ artıq Qətərə yollanıb.

Onlar paytaxt Dohanın şimalındakı "Marsa Malaz Kempinski" otelində məskunlaşıb.

Amma hələ ki, bütün futbolçular komandanın düşərgəsinə qoşulmayıb. Kapitan Kristian Pulişiç də daxil olmaqla, Avropa ölkələrinin yerli çempionatlarında fasilə yaranan kimi Qətərə uçacaq.

ABŞ millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda B qrupunda İngiltərə, İran və Uelslə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!