"Sonda komandanın bəxti gətirməlidir ki, bütün oyunçular..."

11 Noyabr 2022 01:40 Dünya çempionatı 676
"Sonda komandanın bəxti gətirməlidir ki, bütün oyunçular..."

"Barselona"nın və Polşa millisinin futbolçusu Robert Levandovski Qətərdə keçiriləcək DÇ-2022-dəki favoritlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçusu Braziliya və Argentina komandalarını fərqləndirib:

“Düşünürəm ki, Avropa və Amerika qitələrində bir neçə favorit var. Məsələn, onlardan biri Braziliyadır.

Hətta bizim qrupda da biri favorit var. Bu, Argentinadır. Ancaq sonda komandanın bəxti gətirməlidir ki, bütün oyunçular lazımi vaxtda yaxşı formada olsunlar”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Polşa millisi C qrupunda Meksika, Argentina və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

Yığma ilk matçını noyabrın 22-si Meksikaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!