Azərbaycan millisinin rəqibi DÇ-2022-yə məşhur hücumçusuz yollanacaq?

1 Noyabr 2022 10:00 Dünya çempionatı 843
Azərbaycan millisinin rəqibi DÇ-2022-yə məşhur hücumçusuz yollanacaq?

Belçika millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına ciddi itki ilə yollana bilər.

Sportinfo.az xəbər verir ki, İtaliya "İnter"ində icarə əsasında çıxış edən yığmanın aparıcı hücumçusu Romelu Lukaku zədələnib.

Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan 29 yaşlı forvardın sol budunda əzələ yorğunluğu aşkarlanıb. Onun mundialı buraxa biləcəyi istisna olunmur.

Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.

"Qırmızı şeytanlar" 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!