Daha bir ispaniyalı futbolçu DÇ-2022-dən kənarda qalacaq?

31 Oktyabr 2022 10:00 Dünya çempionatı 688
Daha bir ispaniyalı futbolçu DÇ-2022-dən kənarda qalacaq?

“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Erik Qarsiya “Valensiya” ilə matçda (1:0) zədələnib və qeyri-müəyyən müddətə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, “Barselona”nın rəsmi saytında Qarsiyanın zədəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

“Erik Qarsiya “Valensiya”ya qarşı oyunda fasiləyə az qalmış qasıq nahiyəsindəki ağrılara görə meydanı tərk etməli oldu. Zədənin ciddiliyini müəyyən etmək üçün əlavə testlər tələb olunacaq”.

Bununla da, müdafiəçi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatını buraxmaq riski ilə üzləşib.

Erik Qarsiya İspaniya millisinin heyətində 15 matçda iştirak edib.

İspaniya millisi qarşıdakı dünya çempionatında Almaniya, Kosta-Rika və Yaponiya ilə eyni qrupda oynayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!