Tunis millisini DÇ-2022-də İtaliya əvəzləyəcək? - YENİ İDDİA

31 Oktyabr 2022 01:30 Dünya çempionatı 743
Tunis millisini DÇ-2022-də İtaliya əvəzləyəcək? - YENİ İDDİA

Tunis millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında kənarlaşdırıla bilər.

Sportinfo.az xəbər verir ki, bununla bağlı xarici KİV-də məlumat yayılıb.

Bildirilib ki, dövlətin futbol işlərinə qarışması səbəbindən milli komanda turnirdən kənarlaşdırılması təhlükəsi mövcuddur.

Tunisin gənclər və idman naziri Kamel Deqiş daha əvvəl ölkənin Futbol Federasiyasının buraxıla biləcəyinə eyham vurub. Beynəlxalq Futbol Federasiyası (FİFA) onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirir.

Əgər belə qərar verilsə, Tunis millisini DÇ-də İtaliya yığması əvəzləyə bilər.

Məlumata görə, buna səbəb hazırkı FIFA reytinqində DÇ-yə qatılmayacaq komandalar arasında ən yüksək göstəricinin məhz İtaliyaya məxsus olmasıdır.

Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə qrupa düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!