"Heç kimdən qorxmuruq, əsəblərimizi kontrol etməliyik” - MESSİ

23 Oktyabr 2022 00:10 Dünya çempionatı 561
"Heç kimdən qorxmuruq, əsəblərimizi kontrol etməliyik” - MESSİ

35 matçdır məğlubiyyət üzü görməyən Argentinanın kapitanı Lionel Messi dünya çempionatı ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki. PSJ-də çıxış edən hücumçu azarkeşlərin onlardan çox şey gözlədiyini bildirib.

Eyni zamanda Messi heç bir rəqibdən qorxmadıqlarını qeyd edib:

"Heç kimdən qorxmuruq. Hazırda yaxşı davam edirik. Buna görə də insanlar dünya çempionatından kubokla qayıdacağımızı düşünürlər.

Amma elə deyil. Dünya çempionatı fərqli turnirdir və çox çətindir. Orada çoxlu yaxşı komandalar var. İlk matçlar həmişə çətin olur.

Səudiyə Ərəbistanı ilə oyunda əsəblərimizi kontrol etməliyik. İlk matçda qələbə qazananda bu, insana rahatlıq verir".

DÇ-2022 21 noyabr - 18 dekabr tarixləri arasında Qətərdə baş tutacaq. Argentina yığması C qrupunda Polşa, Meksika və Səudiyə Ərəbistanı ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!