"Qrupdakı komandaların heç birini nəzərdən qaçıra bilmərik, diqqətli olmalıyıq”

15 Oktyabr 2022 12:00 Dünya çempionatı 765
"Qrupdakı komandaların heç birini nəzərdən qaçıra bilmərik, diqqətli olmalıyıq”

“Bayern”in və Seneqal millisinin hücumçusu Sadio Mane DÇ-2022-də yer aldıqları qrup barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, Niderlandın yaxşı mövqedə olduğunu deyib:

“Niderland Seneqal üçün ən təhlükəli rəqibdirmi? Biz onlara hörmət göstərməliyik. Niderland FİFA reytinqində yaxşı mövqedədir.

Onlar çox güclü komandadır və dünya çempionatında böyük nailiyyətlər əldə ediblər.

Bununla belə, qrupdakı digər komandaları da qiymətləndirməmək olmaz. Ekvador və Qətər təbii ki, dünya çempionatına bizə xal vermək üçün çıxmayacaq.

Ekvadorun yaxşı futbolçuları var. Qətər isə doğma meydanda güclü rəqib olacaq.

Dünya çempionatına Asiya çempionu statusu ilə müdafiə olunmaq üçün gedirlər.

Qrupumuzdakı komandaların heç birini nəzərdən qaçıra bilmərik. Biz diqqətli olmalıyıq”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...