DÇ-2022-yə görə daha bir tələb - Son 48 saat ərzində...

30 Sentyabr 2022 15:40 Dünya çempionatı 397
DÇ-2022-yə görə daha bir tələb - Son 48 saat ərzində...

Qətərdə DÇ-2022-yə sayılı günlər qalmış daha bir sağlamlıq tədbiri ilə əlqədar tələbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mundialı canlı izləyəmək istəyən əcnəbi azarkeşlərdən ölkəyə giriş üçün son 48 saat ərzində götürülmüş koronavirusla bağlı mənfi test nəticəsi təqdim etməli olacaqlar.

Azarkeşlər səfərdən öncə "Ehteraz" adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir. Lakin bildirilir ki, bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Görüşlər 5 şəhərdəki 8 stadionda oynanılacaq. Mundialın açılış matçında A qrupunda Qətər Ekvadorla üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti