Qətərin DÇ-2022-nin təşkili üçüm xərclədiyi məbləğ bilindi

27 Sentyabr 2022 18:20 Dünya çempionatı 644
Qətərin DÇ-2022-nin təşkili üçüm xərclədiyi məbləğ bilindi

Qətər dövlətinin dünya çempionatının keçirilməsi üçün nə qədər pul xərclədiyi məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə mundialın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlama verib.

Əl-Nuaymi bildirib ki, DÇ-2022 üçün 208 milyard avro xərclənib. O, bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu deyib:

“Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb”.

DÇ-2022 20 noyabr-18 dekabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!