FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlanmasını təxirə saldı

12 Avqust 2022 10:00 Dünya çempionatı 944
FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlanmasını təxirə saldı

FİFA rəsmi saytında Qətərdə keçiriləcək dünya çempionatının başlamasının təxirə salındığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, FİFA Şurasının Bürosu matçın və açılış mərasiminin noyabrın 21-dən noyabrın 20-nə təxirə salınması barədə qərar qəbul edib.

Seneqal - Niderland matçı da noyabrın 21-i, bazar ertəsi saat 13:00-dan 19:00-a dəyişdirilib. Açılış matçında Qətər 20 noyabr bazar günü saat 19:00-da Ekvador ilə oynayacaq.

"Bu qərar rəqabətin və nəticələrin qiymətləndirilməsindən, əsas maraqlı tərəflər və ev sahibi ölkə ilə diqqətli məsləhətləşmələrdən və razılıqdan sonra verilir.

Bilet sahibləri müvafiq matçların yenidən planlaşdırıldığı və yeni tarixdən asılı olmayaraq biletlərinin etibarlı qalması barədə e-poçt vasitəsilə lazımi qaydada məlumatlandırılacaqlar”, - FİFA-nın saytında deyilir.

2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”