DÇ-2030 üçün namizədliyini irəli sürdü - Daha 4 ölkə

4 Avqust 2022 01:40 Dünya çempionatı 456
DÇ-2030 üçün namizədliyini irəli sürdü - Daha 4 ölkə

Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) rəsmi saytı məlumat yayıb.

Bu ölkələr dünya çempionatının təşkilinin 100 ili münasibətilə mundiala ev sahibliyi etmək istəyirlər.

1930-cu ildə Uruqvayda keçirilmiş dünya çempionatının finalında təşkilatçı ölkə Argentina ilə üz-üzə gəlib və 4:2 hesablı qələbə qazanaraq ilk dünya çempionu olub..

Daha əvvəl İspaniya və Portuqaliya da DÇ-2030-a namizədliyini verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"