4 ölkə dünya çempionatına ev sahibliyi üçün ərizə təqdim edəcək

29 İyul 2022 01:30 Dünya çempionatı 1 024
4 ölkə dünya çempionatına ev sahibliyi üçün ərizə təqdim edəcək

Latın Amerikasının 4 ölkəsi – Argentina, Uruqvay, Çili və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək.

Sportinfo.az xəbər verir ki, adları çəkilən ölkələrin namizədliyinin göndərilməsi üçün müraciət avqustun 2-də rəsmiləşəcək.

Tədbir Montevideodakı (Uruqvay) “Centenario” stadionunda baş tutacaq. Tədbirdə KONMEBOL prezidenti Alexandro Dominqes və 4 federasiyanın rəhbəri iştirak edəcək.

Növbəti dünya çempionatı bu il Qətərdə keçiriləcək. DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...