FIFA paltardəyişmə otağında baş verənləri canlı yayımlamaq istəyir - DÇ-2022-də

10 İyul 2022 00:00 Dünya çempionatı 544
FIFA paltardəyişmə otağında baş verənləri canlı yayımlamaq istəyir - DÇ-2022-də

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatı zamanı iştirakçı komandaların paltardəyişmə otağında baş verənləri yayımlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu bunun üçün soyunub-geyinmə otaqlarında kameraların quraşdırılmasını nəzərdən keçirir.

İddiaya görə, görüntülər canlı və ya bir qədər gecikmə ilə yayımlana bilər. Məsələ ilə bağlı yekun qərar noyabrda qəbul olunacaq.

Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti