3 komandanın çempion olmaq ehtimalı yoxdur - DƏYƏRLƏNDİRMƏ

28 İyun 2022 02:50 Dünya çempionatı 1 605
3 komandanın çempion olmaq ehtimalı yoxdur - DƏYƏRLƏNDİRMƏ

Bu il keçiriləcək dünya çempionatında komandaların çempion olma ehtimalı dəyərləndirilib.

Sportinfo.az xəbər verir ki, 32 yığmanın hamısının titul qazanmaq şansı araşdırılıb.

Son dünya çempionu Fransa bu dəfə də titula hamıdan yaxın görünür. “Üçrənglilər”in qızıl medallara sahib çıxmaq şansı 17.93 faizə bərabərdir. İkinci pillədə Braziliya qərarlaşıbsa, ilk “üçlüy”ü İspaniya qapayır.

Ümumiyyətlə, yalnız 3 komandanın çempion olmaq ehtimalı yoxdur. Bunlar Kamerun, Səudiyyə Ərəbistanı və Kosta Rikadır. Həmçinin Kanada, Mərakeş, Tunis, Qana və Avstraliyanın bu şansı isə 0,01-dir.

DÇ-2022 noyabr-dekabr aylarında Qətərdə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti