"İndi onların daha güclü komandası var" - Modriçin DÇ-2022-dəki favoriti

17 İyun 2022 12:00 Dünya çempionatı 799
"İndi onların daha güclü komandası var" - Modriçin DÇ-2022-dəki favoriti

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Argentina millisinin turnirin favoriti olduğunu düşünür:

“Mənim favoritim Argentinadır. İndi onların bir neçə il əvvəlkindən daha güclü, çox sıx komandası var.

Üstəlik, Lionel Messi hələ də Argentina millisində oynayır. Heyətdə belə bir oyunçunun olması ilə komanda həmişə ən yüksək yerlərə iddialı olacaq”.

2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!