UEFA prezidenti DÇ-nın iki ildən bir keçirilməsinə qarşı çıxdı

31 Dekabr 2021 15:40 Dünya çempionatı 717
UEFA prezidenti DÇ-nın iki ildən bir keçirilməsinə qarşı çıxdı

UEFA prezidenti Aleksander Çeferin dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qurumun rəhbəri mundialın əvvəlki qaydada – 4 ildən bir keçirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib:

“Dünya çempionatının maraqlı olması üçün dörd ildən bir keçirilməlidir. İki ildən bir təşkil olunsa, qadın futbolu, Olimpiya Oyunları və digər idman yarışları arxa planda qalacaq. Mundialın iki ildən bir keçirilməsi ideyası düzgün deyil.

Dünya çempionatı ən böyük futbol hadisəsidir və dörd ildən bir keçirilməlidir. Azarkeşlərin 75 faizi yarışın iki ildən bir təşkilinə qarşıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!