Azərbaycan və Özbəkistanda keçiriləcək DÇ-nın dörd iştirakçısı bilindi

10 İyul 08:50 Dünya çempionatı 1 719
Azərbaycan və Özbəkistanda keçiriləcək DÇ-nın dörd iştirakçısı bilindi

Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçulardan ibarət dünya çempionatına vəsiqə qazanan 4 komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Uelsdə təşkil olunan U-19 Avropa çempionatının nəticələrinə əsasən bəlli olub.

Turnirin yarımfinalçıları - İspaniya, Xorvatiya, Ukrayna və Almaniya növbəti mundiala vəsiqəni təmin ediblər.

Finala gedən yolda İspaniya Xorvatiyanı (3:0), Almaniya Ukraynanı (2:1) məğlub edib. Həlledici qarşılaşma iyulun 11-də təşkil olunacaq.

U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti