Messi komandasına əzmkar qələbə qazandırdı - Dünya çempionatı

Messi komandasına əzmkar qələbə qazandırdı - Dünya çempionatı

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün mundialın qrup mərhələsinin 2-ci turuna start verilib.

A qrupunun “Palmeyras” (Braziliya) – “Əl-Əhli” (Misir) oyunu qeyri-sabit hava şəraiti səbəbindən yarımçıq dayandırılıb.

Görüş ikinci hissənin 63-cü dəqiqəsində saxlanılıb. Oyunun dayandırıldığı anda “Palmeyras” 2:0 hesabı ilə öndə olub. Daha sonra oyun davam etdirilib və yekunda Braziliya klubu inamlı qələbəni bayram edib.

49-cu dəqiqədə Abu Alinin avtoqoluna sevinən “Palmeyras”ın digər qoluna 59-cu dəqiqədə Flako Lopes imza atıb.

Bu qrupun digər oyununda ABŞ təmsilçisi “İnter Mayami” Portuqaliyanın “Portu” komandası ilə qarşılaşıb. Üç qolluq oyunda MLS klubu 2:1 hesablı əzmkar qələbəni bayram edib.

“Portu” 8-ci dəqiqədə Samunun penaltidən vurduğu qolla hesabda önə keçsə də, “İnter Mayami” 47-ci dəqiqədə Telasko Seqoviyanın qolu ilə hesabı bərabərləşdirib. 54-cü dəqiqədə isə Mayami klubunun argentinalı ulduzu Lionel Messi matçda son nöqtəni qoyub – 2:1.

İki turdan sonra 4 xalı olan “Palmeyras”la “İnter Mayami” ilk iki yeri bölüşdürürlər. “Portu” və “Əl-Əhli”nin isə 1 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti