COP29

Bakıda Dünya Kubokunun açılış mərasimi oldu

20 Aprel 14:20 Digər növlər 903
Bakıda Dünya Kubokunun açılış mərasimi oldu

Bakıda 11-ci dəfə təşkil edilən bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayıb. Nazir iştirakçılara uğurlar arzulayıb: "Dünya Kuboku artıq ənənəvi xarakter daşıyır.

Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir. Bütün idmançılara uğurlar arzulayıram".

Sonra Dövlət Himni səsləndirilib.

Aprelin 21-dək davam edəcək Dünya Kubokunda 41 ölkənin 116 gimnastı mübarizə aparır.

İdmançılar fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər, eyni zamanda çoxnövçülük proqramında qüvvələrini sınayırlar.

Ənənəyə uyğun olaraq, kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti