"Regionlara gedib oradan istedadlı idmançıları Bakıya gətirmək istəyirik"

28 Yanvar 03:00 Digər növlər 873
"Regionlara gedib oradan istedadlı idmançıları Bakıya gətirmək istəyirik"

"Bu yarış Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatı üçün lisenziya xarakteri daşıyır".

Sportinfo.az xəbər verir ki, bu sözləri atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov Qış ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis martın 1-3-də təşkil olunacaq mundiala lisenziya uğrunda əsas mübarizənin üç atlet arasında gedəcəyini bildirib:

“Bunlar Kəskin Abbaszadə, Nazim Babayev və Yekaterina Sarıyevadır. Turnirdə ən yaxşı nəticəni göstərən atlet dünya çempionatına yollanacaq. Nazim Babayevin şansı çoxdur".

H.İbrahimov Olimpiya lisenziyalarının sayının artması üçün əllərindən gələni etdiklərini vurğulayıb:

"Bunun üçün çox çalışırıq. Hətta regionlara gedib oradan istedadlı idmançıları Bakıya gətirmək istəyirik.

Bununla bağlı ötən ilin oktyabr ayında 5 bölgədə 31 nəfəri seçmişdik. Bu uşaqlar arasından 10-15 nəfəri sentyabr ayında milli komandaya cəlb etməyi planlaşdırırıq".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"