"Qarabağ"ı incələdi, "Sabah"ı çözdü: "Mən boş yerə bunun anonsunu verməmişdim" - VİDEO

31 Yanvar 13:00 Digər növlər 1 293
"Qarabağ"ı incələdi, "Sabah"ı çözdü: "Mən boş yerə bunun anonsunu verməmişdim" - VİDEO

"Əbəs yerə deməmişik ki, Azərbaycan futbolunda "Qarabağ" və digərləri var.

"Qarabağ" həqiqətən çempionatın mövcud səviyyəsinin üstündə bir komandadır.

Bir çoxları "Sabah"la kubok qarşılaşmasını Avroliqanın pley-off-unda "Braqa" matçının bir növ hazırlığı kimi qələmə versə də, mən bununla razı deyiləm.

Bu temp ancaq Azərbaycan çempionatında "Qarabağ"a üstünlük yarada bilər".

Bu sözlər Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sabah"- "Qarabağ" (1:7) matçı barədə danışarkən deyib.

O, əlavə edib ki, "Braqa" kimi komandaya qarşı sürətli hücuma çıxa bilərsən, amma geridönüşlərdə də bir o qədər sürətli olmalısan:

"Bu baxımdan "Sabah"la matçı Avropa səhnəsi ilə bir tutmaq olmaz. Masazır komandasında isə qarışıqlıq davam etməkdədir.

Mən aylar öncə boş yerə bunun anonsunu verməmişdim. Burada problemlər var. Bu barədə növbəti günlərdə daha geniş danışacam".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"