Türkiyəni təmsil edən azərbaycanlı dünya çempionu oldu

03:50 Digər növlər 134
Türkiyəni təmsil edən azərbaycanlı dünya çempionu oldu

Türkiyəni təmsil edən azərbaycanlı üzgüçü Nüsrət Allahverdi dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı idmançı Rumıniyada gənclər arasında mundialda Türkiyə millisinin heyətində qızıl medal qazanıb.

O, 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 26,98 saniyə ilə finişə hamıdan tez çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nüsrət Allahverdi ötən il Litvada keçirilmiş Avropa çempionatında eyni növ üzrə birinci yeri tutmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!