“35 yaşım var, təqaüdə çıxmağımla bağlı danışmağı dayandırın”

04:50 Digər növlər 112
“35 yaşım var, təqaüdə çıxmağımla bağlı danışmağı dayandırın”

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi Çarlz Oliveyra karyerasını bitirəcəyi ilə bağlı şayiələri təkzib edib.

Sportinfo.az xəbər verir ki, bu barədə braziliyalı idmançı "Ag Fight"a müsahibəsində deyib.

35 yaşlı döyüşçü təqaüdə çıxmağı düşünmədiyini söyləyib:

"Xeyr, belə bir fikrim yoxdur. İnsanlar istədiyimdən daha erkən təqaüdə çıxmağımı istəyir.

Hər müsahibəmdə məndən bu barədə soruşulur. MMA-dan ayrılmaq qətiyyən istəmirəm.

Cəmi 35 yaşım var, qarşıda hələ çox maraqlı şeylər var. Ona görə də təqaüdə çıxmağımla bağlı danışmağı dayandırın, Rafael Fiziyev mənim sonuncu rəqibim deyil".

Rafael Fiziyevlə Çarlz Oliveyra oktyabrın 12-də Rio-de-Janeyroda keçiriləcək UFC turnirində üz-üzə gələcəklər.

Oliveyra UFC-də yüngül çəki dərəcəsinin sabiq çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!