“Bu barədə hərə bir şey deyəcək, amma mən...”

04:00 Digər növlər 157
“Bu barədə hərə bir şey deyəcək, amma mən...”

Məşhur UFC döyüşçüsü Çarlz Oliveyra oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək turnirdə azərbaycanlı Rafael Fiziyevlə döyüşü qəbul etməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Çox şadam, sizin müsbət enerjinizə güvənirəm. Gəlin, bir yerdə olaq!

Hər şeyin pozitiv əhval-ruhiyyədə alınmasını istəyirəm. Çox xoşbəxtəm.

Rafael Fiziyevlə döyüşüm barədə hərə bir şey deyəcək, amma mən uzun müddətdir ki, Braziliyada döyüşmürəm və orada yenidən oktaqona çıxmaq üçün bunu qəbul etməyim vacib idi. Bayrağımızı dalğalandırmaq istəyirəm", - deyə 36 yaşlı döyüşçü söyləyib.

Oliveyra iyulun 29-da kəmər uğrunda görüşdə gürcüstanlı İliya Topuriya ilə qarşılaşıb və ilk raundda nokautla məğlub olub.

Rafael Fiziyevlə Çarlz Oliveyra gecənin əsas döyüşündə üz-üzə gələcək. Fiziyev son olaraq Bakıdakı turnirdə çilili İqnasio Bahamondesi məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti