Azərbaycanda nazir bu klubların fəaliyyəti ilə tanış oldu

31 İyul 03:50 Digər növlər 196
Azərbaycanda nazir bu klubların fəaliyyəti ilə tanış oldu

İyulun 29-da gənclər və idman naziri Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, nazir klubda Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti Fuad Bağırov, birinci vitse-prezident Sabir Babayev, vitse-prezident Emil Quliyev və baş katib Azər Əliyevlə fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində ölkədə motosiklet idmanının inkişafı, gənc idmançıların hazırlanması və federasiya ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra klubun nəzdində fəaliyyət göstərən peşəkar moto-məktəb, moto-təmir servisi, moto-salon, təlim-məşq meydanı və xüsusi “Motocross” parkı ilə tanışlıq olub.

Fərid Qayıbov həmçinin “MXC Queens” qadın moto klubunun idmançıları ilə söhbət edib, onların bu sahədə fəallığının artırılmasının önəmini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 08:20 “Sabah”a olan MARAQ