Azərbaycan gimnastlarından növbəti uğur - Ümumdünya Yay Universiadasında

20 İyul 20:50 Digər növlər 343
Azərbaycan gimnastlarından növbəti uğur - Ümumdünya Yay Universiadasında

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız növbəti qızıl medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə lentlə hərəkətlərdə 22.850 xalla Universiadanın qalibi olublar.

Bu, yarışlarda ölkəmizin ikinci qızıl medalıdır. Komandamız ilk medalı dünən qazanıb. Azərbaycanın qrup komandası iki hərəkətin (beş lent, üç top və iki halqa) cəmində 50.500 xal toplayaraq birinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu