Qanında qadağan olunmuş maddə aşkarlandı, istintaqa qədər diskvalifikasiya edildi

00:00 Digər növlər 90
Qanında qadağan olunmuş maddə aşkarlandı, istintaqa qədər diskvalifikasiya edildi

Keniyalı marafon üzrə dünya rekordçusu Rut Çepngetiç dopinq qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Belə ki, Çepngetiçin dopinq testi müsbət çıxıb.

Onun qanında qadağan olunmuş sidikqovucu və maskalayıcı hidroklorotiyazid aşkar edilib. İdmançı istintaqa qədər diskvalifikasiya edilib.

30 yaşlı Çepngetiç marafon üzrə dünya rekordunun sahibidir. 2024-cü ildə Çikaqo marafonunu 2 saat 9 dəqiqə 57 saniyəyə qət edərək tarixdə 2 saat 10 dəqiqədən az qaçan ilk qadın olub.

Bundan əlavə, keniyalı 2019-cu ildə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti