DÇ-da püşk atıldı - Azərbaycan Braziliyadan sonra çıxış edəcək

03:50 Digər növlər 95
DÇ-da püşk atıldı - Azərbaycan Braziliyadan sonra çıxış edəcək

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Lozannadakı mənzil-qərargahında Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan mövsümün əsas turnirində fərdi yarışda bir gimnast, qrup hərəkətlərində isə komanda ilə təmsil olunacaq.

Qrup çoxnövçülükdə doqquzuncu - Braziliyadan dərhal sonra çıxış edəcək.

Fərdi yarışda isə adı hələ müəyyənləşməmiş təmsilçimiz öz qrupunda ilk olaraq halqa ilə dördüncü çıxış edəcək.

Avqustun 20-24-də keçiriləcək dünya çempionatında iştirak üçün 76 ölkə qeydiyyatdan keçib. Rioda ümumilikdə 320 gimnast, o cümlədən 36 qrup komandası çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti