“Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik, orada yerimiz çoxdur”

5 İyul 2025 00:10 Digər növlər 821
“Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik, orada yerimiz çoxdur”

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlayıb.

Sportinfo.az bu barədə TASS-a istinadən xəbər verir.

O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: “Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur”.

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.

Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM