
Azərbaycan Deflimpiya Komitəsində (ADK) yeni təyinat olub.
ADK-nın Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Asxab Kalayev təyin edilib.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının məzunu olmuş A.Kalayev ağırlıqqaldırma idman növü üzrə dəfələrlə Azərbaycan birincilik və çempionatlarının qalibi və mükafatçısı, beynəlxalq turnirlərin iştirakçısı olub.
O, ağırlıqqaldırma üzrə idman ustası və Respublika dərəcəli hakimdir.
Bundan başqa, Asxab Kalayev Prezident təqaüdçüsü, Vətən Müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Həmçinin Respublika Veteranlar Təşkilatı tərəfindən General Səməd bəy Mehmandarovun yubiley medalına layiq bilinib.