Kim istəsə, Xankəndidən Bakıya qaçacaq

9 Fevral 08:20 Digər növlər 476
Kim istəsə, Xankəndidən Bakıya qaçacaq

Xankəndi – Bakı ultra marafonu keçiriləcək

Sportinfo.az xəbər verir ki, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 380 km qət edərək finişə Bakıda çatacaqlar.

Yarış "İdman həftəsi” və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.

Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

"Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs qeydiyyatdan keçərək tarixi hadisənin iştirakçısı ola bilərlər.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı info@mys.gov.az e-mailinə yazmaq və ya hər gün saat 09:00-dan 18:00-dək 187 qısa nömrəsi ilə əlaqə saxlamaq olar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"