Azərbaycanın gimnastika millisi beynəlxalq turnir üçün Lüksemburqda

9 Fevral 2024 01:30 Digər növlər 615
Azərbaycanın gimnastika millisi beynəlxalq turnir üçün Lüksemburqda

Bədii gimnastika üzrə Azərbaycan millisi “LUXGR Cup 2024” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışa 6 idmançı ilə gedib.

Onlardan Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva gənclər, Kamilla Seyidzadə və Mədinə Dəmirova isə böyüklər arasında mübarizə aparacaqlar.

Beynəlxalq turnir fevralın 9-11-i aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM