Azərbaycan millisinin baş məşqçisi öyrədəcək

7 Fevral 2024 02:10 Digər növlər 819
Azərbaycan millisinin baş məşqçisi öyrədəcək

Atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov “Beynəlxalq məşqçiliyin zənginləşdirilməsi sertifikat proqramı” çərçivəsində təlim keçəcək.

Sportinfo.az xəbər verir ki, tədbir fevralın 19-da və 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq.

Təlim “İdmançıların uzunmüddətli inkişafı: sürət, güc, dözümlülük, əyilgənlik və bacarıqların sürətlənmiş inkişaf müddəti” mövzularında olacaq. İştirakçılar sonda sertifikatla təmin ediləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM