Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov məşqçilərilə görüş keçirib.
Sportinfo.az xəbər verir ki, görüşdə məşqçilərin təklifləri dinlənilib və müzakirə edilib.
Eləcə də milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim olunub.
Hakim İbrahimov baş məşqçi, Nazim İsrafilov ehtiyat üzrə baş məşqçi, Valentin Bulıçev sprint, Ziyad Xəlfəyev tullanmalar, Vüqar Ələsgərov dözümlülük, Emil Şahtahtinski atmalar, Anar Yusifov regionlar üzrə böyük məşqçi, Rəhim Xəlilov isə ehtiyat üzrə məşqçi təyin edilib.

