
“Olimpiada ərəfəsində hər kəs həm bu il, həm də gələn ilin əvvəllərində maksimum nəticə göstərməyə çalışacaq”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq davam edir:
“Olimpiada ilə bağlı proqnoz vermək çətindir. Federasiyalar səylə çalışırlar. Bütün idmançılarımızın yanındayıq, onlara dəstəyimizi əsirgəmirik”.
Azərbaycan yığmasından hələlik yalnız atıcı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.