Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılacaq

14 May 2022 00:00 Digər növlər 603
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılacaq

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq "Pro Tur" turnirinə qatılacaqlar.

Sportinfo.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmalar mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, mayın 20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

Hər iki komanda ənənəvi turnirə baş məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Bakıda hazırlaşır.

Kişilərin mübarizəsində Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qadınlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova çıxış edəcək.

"Pro Tur" turnirində iştirakın əsas məqsədi iyulda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!