Mikayıl Cabbarov daha bir federasiyanın rəhbərliyindən gedir?

26 Noyabr 2021 14:20 Digər növlər 552
Mikayıl Cabbarov daha bir federasiyanın rəhbərliyindən gedir?

Son vaxtlar müxtəlif idman federasiyaların rəhbərlyində dəyişiklər bir-birini əvəzləyir.

Artıq cüdo, qılıncoynatma və şahmat sahəsində bu proses başa çatıb.

Daha bir qurum yeniliyə hazırlaşır. Söhbət Badminton Federasiyasından gedir.

2015-ci ilin iyun ayından adıçəkilən federasiyaya rəhbərlik edən Mikayıl Cabbarovun yaxın günlərdə bura ilə vidalaşması gözlənilir.

Noyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib. Toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər.

Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək.

İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilbi.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"